ABRAZİON QALIQLAR

müxtəlif formada (divar, dəniz qapısı, qüllə, konus və s.) dənizin, gölün səthindən yüksələn, dağılmaya qarşı davamlı süxurlardan təşkil olunmuş, abraziya vasitəsilə preparat halına salınmış qaya. останцы абразионные аbrasion farewell rocks, abrasion outliers
ABRAZİON DÜZƏNLİK
ABRAZİON QÖVS
OBASTAN VİKİ
Daşlamış qalıqlar
Daşlamış qalıqlar — keçmiş geoloji dövrlərin çöküntü süxurlarında qorunub qalmış heyvan və bitkilər Daşlaşma prosesi zamanı suda həll olmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfit birləşmələri çürümə nəticəsində heyvan qalığındakı boşluqlara dolur, skelet və onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşaraq Daşlamış qalıqlar əmələ gəlir.
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. Azərbaycan Milli Ensiklopediyası, I cild.
Abrazion proses
Abraziya (geomorfologiya)